"Hechos Ecuador" televiziya proqramı Azərbaycanı dəstəklədi - VİDEO

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov, Ekvadorun "Hechos Ecuador" televiziya proqramına müsahibə verib.
 
Sfera.az xəbər verir ki, müsahibə zamanı Azərbaycanın iqtisadi uğurları, bölgədəki nüfuzlu mövqeyi və tolerant ölkə olduğunu diqqətə çatdıran Mahir Qurbanov deyib ki, bütün xalqlar Azərbaycanda hər zaman birgə yaşayıblar: 

"Ölkəmizdə antisemitizm əlamətləri heç vaxt olmayıb. Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar. Dövlətimizin başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub”.

Söhbət əsnasında M.Qurbanov Ermənistanın təcavüzkar siyasətinə də toxunub, işğal altında olan zaman Azərbaycan torpaqlarında bütün məscidlərin, qəbiristanlıqların vəhşicəsinə məhv edildiyi nəzərə çatdırıb:

"Azərbaycan artıq 30 ilə yaxın danışıqlar aparsa da, Ermənistan bu prosesə məhəl qoymurdu. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandanın əmri əsasında əks-hücum əməliyyatına başlanıldı. Prezidentin sərəncamı ilə ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi. Düşmən 44 günün sonunda diz çökdü, Cənubi Qafqaz erməni faşizminin zülmündən qurtardı. Azərbaycanın dövlət sərhədləri bərpa edildi. Ermənistan isə kapitulyasiyaya getdi".

Mahir Qurbanov sonda bunları qeyd edib:
 
"Biz Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq ispandilli ölkələrlə işlər aparırıq. Bu, sırf İspaniya və Latın Amerika qitəsidir. Onlarla həm televiziya, həm radio, eyni zamanda müxtəlif xəbər portalları ilə əməkdaşlığımız zamanı ispan dilində çıxışlar etməyə çalışırıq”.
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...