Cəmİyyət

“Heç olmasa, anamın 40-nı gözləsinlər” – “Rabitəbank” evini əlindən alır

“Heç olmasa, anamın 40-nı gözləsinlər” – “Rabitəbank” evini əlindən alır
 

Şəmkir rayon sakini Vüqar Əliyev anasının və övladının müalicəsi üçün götürdüyü kreditə görə evini itirmək üzrədir.

 

V.Əliyev bildirib ki, 2009-cu ildə "Rabitəbank"dan 30 min dollar kredit götürüb və məcburiyyət qarşısında öz yaşadığı evi girov qoyub:

 

"Övladım 4-5 yaşından şəkər xəstəliyinə tutuldu, onun daimi müalicələrinə başladım. Eyni vaxtda anam da xəstəlik tutdu, ikisi üçün son 10 ilimi xəstəxanalarda keçirdim. Bir müddət sonra kürəkənim vəfat etdi, bacım və oğlu da mənim evimə köçdü. Bacım oğlu gözdən əlildir, onun da müalicəsini mən etdim. Xəstəxanalarda ən xırda bir şeyə görə də pul alırdılar. Anam ürək və şəkər xəstəsi idi, adicə onu liftə mindirmək üçün hər dəfə 2 manat verirdim. Uşağımın 15 yaşı var, hələ də sağalmayıb. Anamı isə yanvarın 28-də itirdim, o rəhmətə getdi. Daha müalicəsinə pulum çatmadı. Böyük qazancım yoxdu, rayonda televizor ustası işləyirəm. Krediti götürdüyüm ilk illər qaydasında ödəyirdim, amma devalvasiyadan sonra vəziyyətim daha da çətinləşdi, ödəyə bilmədim. Kredit dollarla olduğu üçün məbləğ yenidən artdı.

 

30 min krediti neçə il ödədim, indi yenə 31 min borcum qalıb. Artıq ödəyə bilmirəm. Evdə atam, mən, yoldaşım, bacım və 4 uşaq var. Hamısına da mən baxıram. Amma bank bunların heç birini nəzərə almadan məni məhkəməyə verdi, orda da evi mənim əlimdən almağa qərar verdilər. İndi isə məhkəmə icraçıları martın 2-də bizi evdən çıxaracaqlarına dair məktub göndəriblər.

 

Martın 8-də anamın 40 mərasimidir, heç olmasa anamın 40-nı verməyimi gözləsinlər. 8 nəfərlik ailəni küçəyə atsalar biz harada yaşayacağıq? Mən onlara dəfələrlə təklif etdim ki, qalan məbləği 10 il müddətinə bölsünlər, yenə də işləyib ödəyim, amma razılaşmırlar, evimi əlimdən almaq istəyirlər". (qafqazinfo)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930