“Heç olmasa, 2-3 ay ödənişləri saxlamaq, faizləri dondurmaq lazımdır…” - DEPUTAT YENİDƏN BANKLARA SƏSLƏNDİ VƏ…

“Heç olmasa, 2-3 ay ödənişləri saxlamaq, faizləri dondurmaq lazımdır…” - DEPUTAT YENİDƏN BANKLARA SƏSLƏNDİ VƏ…
 Deputat küçələrin vəziyyətinə, bərbadlığına nəzər salan,buna cavabdehlik daşıyan şəxs deyil. Bu məsələ ilə məşğul olan, cavabdehlik daşıyan qurumlar var. Kənd yolları səhv etmirəmsə, bələdiyyələrin səlahiyyətindədir. Yaxşı olardı ki, onlara müraciət edəydiniz. Deputat, sadəcə, sizin vasitəçinizdir. Xüsusi karantin rejimi bitdikdən sonra rayona gələcəyəm və bu barədə də söhbətlərimiz olacaq. Ancaq yenə də qeyd edirəm ki, bu məsələ deputatın səlahiyyətinə aid olan məsələ deyil.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəruz Məhərrəmov deputat seçildiyi Biləsuvar rayonunun seçiciləri ilə sosial şəbəkə üzərindən qurduğu canlı yayında yolların vəziyyəti ilə bağlı ona ünvanlanan bir neçə suala cavabında bildirib.

Millət vəkili eyni zamanda, banklarla bağlı məsələyə toxunub və bank sektorunun onun müraciətinə, təklifinə hələ də cavab verməməsindən təəssüfləndiyini bildirib.

Qeyd edib ki, heç kim bankların üzərinə getmir, onlara təzyiq etmir.

"Ancaq söhbət ondan gedir və müraciətim də ondan ibarətdir ki, heç olmasa, 2-3 ay ödənişləri saxlamaq, faizləri dondurmaq lazımdır. Banklar bu addıma getməlidir. Hələlik gözləyirəm, cavab verməsələr, adlarını açıqlayacağam. Hesab edirəm ki, bu məsələ nəzərə alınmalıdır, vətəndaşlar incidilməməlidir…”-deyə, o, əlavə edib.
 


OXŞAR XƏBƏRLƏR