“Heç kim sabah belə hadisənin təkrarlanmayacağına zəmanət verə bilməz\" - Aeroport yolundakı dəhşətli qəzada günahkar kimdir?

“Heç kim sabah belə hadisənin təkrarlanmayacağına zəmanət verə bilməz\
"Bu gün baş verən bu qəza bir daha onu göstərdi ki, sərnişindaşıma və yükdaşıma sahəsində qanuni fəaliyyəti bərpa etmək son dərəcədə zəruridir”.
 
Bunu Sfera.az-a açıqlamasında yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Müsahibimiz qeyd edib ki, nəzarətdən kənar istənilən iş gec-tez problem yaradır:

"Heç kim sabah başqa bir hadisənin yaşanmayacağına zəmanət verə bilməz. Çünki nəzarət mexanizmi yoxdur. Bir az reydlər, ciddi tədbirlər keçiriləndə də, cəmiyyətdə bəzi ünsürlər hay-küy salmağa başlayırlar ki, camaat evinə necə çörək aparsın və s. Biz də sual edirik, bəs bir neçə nəfərin ölümünə, yaralanmasına səbəb olan qəzanın, ictimai nəqliyyatın fəaliyyətinə yenə də inamsızlıq yaradan hadisənin cavabını kim verəcək? Bir nəfər evinə çörək pulu aparır deyə, milləti qırmalıdırmı? Belə bir şey ola bilməz. Keçmiş nəqliyyat nazirliyinin dövründə nəqliyyat müfəttişləri var idi, biz onlara "nəqliyyat qoçuları” deyirdik. Onlar bu sürücüləri döyə-döyə, təhqir edə-edə, pulunu əlindən alaraq – hər cür zorakılıqları tətbiq edərək heç bir irəliləyişə nail ola bilmədilər. 

İndi bir az sərbəstlik verilib, lap əndazəni aşıblar. Sürücü 19 yaşında cavan bir oğlandı. Yəqin qarşısına çox pul qazanmağı məqsəd qoyub, yatmır, dincəlmir, işləyir. İşləmək yaxşıdır, amma bu formada olmaz. Adam sükan arxasında yuxulayıb, ağır qəza törədib. Bu adamın iş rejiminə, istirahətinə nəzarət edəcək struktur varmı? Var. Bəs niyə etmir? Çünki mexanizm yoxdur. İstər pandemiya, istərsə də ondan əvvəlki dövrdə qanunsuz yükdaşıma, sərnişindaşıma necə birdən-birə parlayıbsa, indi onun qarşısını ala bilmirik və getdikcə böyük təhlükəyə çevrilir”.

Ekspert qeyd edib ki, istər daşıyıcı şirkətlər, istərsə də fiziki, hüquqi şəxslərlə bağlı müəyyən mexanizm olmalıdır:

"Bu gün qanunda çox şeylər yazılıb, mükəmməldi, onun icra mexanizmi varmı? Məsələn, yük maşınlarında sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün toxoqraf olmalıdır. Varmı? Yoxdur. Bu, qanun pozuntusu sayılırmı? Bəli. Buna kim nəzarət etməlidir? Yol polisi, dövlət nəqliyyat müfəttişləri. Edə bilirmi? Xeyr. Edəndə narazılıq baş verir. Bunun yuxarı səviyyədə göstərişi olmalıdır ki, istinasız bu məsələ həllini tapsın. İstisna olanda, kimsə hansısa yollarla işə çıxanda, gecəboyu dayanmadan işləyəndə axırı belə faciələrlə nəticələnir. Bunun qarşısını almaq üçün yekdil qərar olmalı, heç kimə güzəşt edilmədən hamı bir nəfər kimi qərara əməl etməlidir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...