“Heç kəsi səbəbsiz öldürməmişik” – “Taliban” üzvü ilə SENSASİON MÜSAHİBƏ

“Heç kəsi səbəbsiz öldürməmişik” – “Taliban” üzvü ilə SENSASİON MÜSAHİBƏ
"Mən əslən Loqarlıyam. Loqarda dünyaya gəlmişəm, burada böyümüşəm. Təhsilimin bitməsinə bir il qalmışdı. ABŞ və Qərbin ölkəmdə etdiyi vəhşilik və barbarlığı gördükdən sonra "Taliban”a qoşulmağa qərar verdim. Peşman deyiləm”.

Sfera.az xəbər verir ki, bu sözləri "Taliban” üzvü Əbdülhəmid Müftü Axundzadə Türkiyənin "Yeni Şafak" qəzetinin müxbiri Taha Hüseyinlə müsahibəsində deyib.

"17-18 yaşlarımda "Taliban”a qoşularaq cihada qatıldım. O vaxtlar hələ saqqalım yox idi. Bizi adətən təhsilsiz, cahil insanlar kimi təqdim edir, belə tanıyırlar. Mən təhsil almışam. Mədrəsə təhsilim də var. Kompyuterlə də aram yaxşıdır. Hazırda ən böyük hədəfim üst səviyyədə bir islam alimi olmaqdır. Bu sahədə doktorantura təhsilimi başa vurmağa çalışıram”.

"Taliban” üzvünün sözlərinə görə, dünya mediası insanların zehnini bulandırır: "Media üzərindən insanlara yalan məlumatlar verilir ki, "Taliban” harada kimi yaxalasa öldürür. Ancaq həqiqət heç də belə deyil. Biz Allah üçün cihad etmişik. Bizim xalqımızla problemimiz yoxdur. Yerli və ya xarici jurnalistlərlə də heç bir problemimiz yoxdur. "Taliban” düşmən deyil. Biz heç kəsi əsassız yerə öldürməmişik”.

Türk jurnalistin "Taliban üzvləri necə evlənir və ailə həyatı necədir?” sualına Ə.M.Axundzadə "evlilik qarşılıqlı razılıq əsasında baş verir” deyə cavab verib:
"Biz şəriət qanunlarını tətbiq edirik. Şəriət nəyi uyğun görürsə, biz ona əməl edirik. Şəriətin qadağan etdiyi heç bir şeyi etmirik. İslam dinində hər şeyin sərhədi təyin edilib.
 
Cihad etdiyimiz zaman heç bir maaş almırdıq. Mücahidin məvacib alması nə dərəcədə doğrudur? Ancaq bu gün "Taliban” Əfqanıstan hökumətidir. Polis, təhlükəsizlik orqanları, ordu var. Dövlətin bütün resurslarından istifadə edirik. Hər kəs maaş alır, hər kəs ailəsini təmin edə bilir”.

"Taliban” üzvü türkiyəli jurnalistin "Talibanın Türkiyəyə baxışı necədir?” sualına "Taliban üçün Türkiyə, türklər düşmən deyil” cavabını verib:

"Loqar-Kabil yolunda türklər görünməyə başlayıb. Türk hərbçilərini, mülki şəxslərini, işçiləri orada gördük. Müsəlman olduqlarını bildiyimiz üçün işlərinə mane olmadıq. Bir çox döyüş yoldaşımız dedi ki, onlar da düşməndir, NATO ilə birlikdə gəliblər. Ancaq biz bununla belə türklərə silah qaldırmadıq. Türkiyə müsəlman bir ölkədir. Onun xalqı müsəlmandır. Bu xalq 600 il islam xilafətinə xidmət edib. Biz tarixi yaxşı bilirik. Türklər uzun illər islama xidmət edib”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...