“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək” – Atası

“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək” – Atası
ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Gəncin atası Yalçın Quliyev Trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

"Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun”.

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib:

"Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

"İnter"in qələbəsi bütün gecə DAVAM ETDİ

"İnter"in kapitanı Lautaro Martinez səhər saat 4-ə qədər komandasının çempionluğunu azarkeşləri ilə qeyd edib.   Sfera.az bildirir ki, &ldq...

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...