“Heç bir qüvvə xalqla dövlətin arasında sədd ola bilməz”- Elnur Allahverdiyev

“Heç bir qüvvə xalqla dövlətin arasında sədd ola bilməz”- Elnur Allahverdiyev
 

"Dünən xalqımızın, xüsusilə vətənpərvər gənclərimizin ordumuza dəstək yürüşünü, Ali Baş Komandanın onları düşmənlə döyüşə göndərməsini istəmələrini əks etdirən kadrları görəndə hamı kimi mən də qürur duydum. Xalq açıq şəkildə göstərdi ki, bir tərəfdən Silahlı Qüvvələrimizin yanındadır, digər tərəfdən isə düşmənlə döyüşə can atır”. Sfera.az xəbər verir ki, bu sözləri dünən gecə saatlarında orduya dəstək məqsədilə Bakı küçələrinə çıxan vətəndaşlarımızın həmrəylik aksiyasını şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, bu aksiya və onun nəticələrini bir neçə yöndən şərh etmək olar: "Birincisi təbii ki, bu, xalqın əsgər və zabitlərimizə səmimi və planlaşdırılmamış dəstəyi idi. Səngərdə, təmas xəttində düşmənlə üz-üzə duran hərbçi qardaşımız görməli və hiss etməlidir ki, arxasında xalq durub. Digər tərəfdən, mənim fikrimcə, bu aksiyanın düşmənlə təbliğati mübarizədə də çox böyük önəmi var. Ermənilər gözləyirdilər ki, Qarabağsız böyüyüb boya-başa çatan nəsil işğal altında olan torpaqlarımıza biganə olacaq. İndi isə tam əksini gördülər”.

E.Allahverdiyevin sözlərinə görə, həmrəylik aksiyasında iştirak edən gənclərin böyük bir qismi Qarabağ işğal olunandan sonra dünyaya göz açıb. Ancaq onların hamısı göstərirlər ki, müqəddəs torpaqlarımız uğrunda canlarından keçməyə hazırdırlar. "Bu, bizim genimizdədir. Şuşa, Qarabağ bizim qanımızdadır. Qoy bu, ermənilərə gözdağı olsun” – deyə millət vəkili vurğulayıb.

 

Deputat hesab edir ki, aksiya iştirakçılarının Ali Baş Komandana müraciət etmələri, əmr və döyüşmək üçün silah istəmələri göstərir ki, heç bir düşmən bu xalqı qorxuda və torpaqları uğrunda savaş, qisas hissindən ayıra bilməz: "Təsəvvür edin, insanlar deyirlər ki, biz gedib Vətən uğrunda canımızdan keçməyə hazırıq. Bundan qürurverici nə ola bilər? Şükürlər olsun ki, çox peşəkar kadrların yetişdiyi güclü ordumuz var. Silah-sürsat sarıdan ehtiyacımız yoxdur. Təminat yüksək səviyyədədir. Ancaq ən əsası odur ki, dövlət var! Ötən əsrin 90-cı illərinin əvvəlindəki kimi hərc-mərclik, ikitirəlik yoxdur. Bu xalqın hökuməti, dövləti, ordusu var. Ordunun da belə cəsur xalqı var”.

E.Allahverdiyev hesab edir ki, gecə saatlarında aksiya iştirakçılarından bir qrupun ayrılıb Milli Məclisin binasına daxil olmaları və qanunazidd əməllər törətmələri xalqın möhtəşəm tədbirinə kölgə sala bilməz. Xalq ayıqdır və müdrikdir, belə hallara qarşı həssasdır. "Bilirsiniz, düşmənə xidmət edənlər əvvəl də olub, təəssüf ki, indi də var. Cənab Prezident çıxışlarında tez-tez "beşinci kolon” ifadəsini təsadüfən işlətmir. Odur ki, baş vermiş hadisəyə ayıq başla yanaşmalıyıq, ancaq bilməliyik ki, heç bir qüvvə bizi yolumuzdan sapdıra, xalqla dövlətin arasında sədd ola bilməz. Xüsusilə indiki həssas dönəmdə hamımız düşmənə qarşı və ordumuz naminə bir olmalıyıq. O ki, qaldı bu hadisəni törədən kiçik qrupa, güman edirəm ki, onlar qanun qarşısında cəzalarını alacaqlar və peşmançılıqlarını dilə gətirəcəklər. Belə olaylar bir xalq olaraq bizə yaraşmır. Biz dünyaya birliyimizi və həmrəyliyimizi nümayiş etdirməliyik. Qoy görsünlər ki, torpaqdan bir santimetr belə pay ola bilməz!” – deyə vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Deputatdan MÜHÜM TƏKLİF: "Onlar da nəzərə alınmalıdır"

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...