Heç bir oyunu uduzmayan baş məşqçini göndərib onu gətirdilər

Heç bir oyunu uduzmayan baş məşqçini göndərib onu gətirdilər
Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sfera.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Karlos Keyroş çalışdıracaq.

Bu barədə Misir Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis bu vəzifədə Hossam Əl-Badrini əvəzləyib. Maraqlıdır ki, milli komanda sözügedən mütəxəssisin rəhbərliyi altında heç bir oyunda uduzmayıb – 5 qələbə, 4 heç-heçə. Yığma DÇ-2022-nin seçmə mərhələsində ilk 2 turdan sonra 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Karlos Keyroş daha əvvəl Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran və Kolumbiya yığmalarına, həmçinin ölkəsində "Sportinq”, İspaniyada "Real” kimi komandalara başçılıq edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Pakistanlı güləşçidən Azərbaycan təmsilçisinə ağır İTTİHAM

Pakistanın çimərlik güləşçisi Məhəmməd İnam Rumıniyanın Konstanta şəhərində keçirilmiş Dünya Seriyasının final mərhələsində Azərbaycan təmsilçisi İbrahim Yusubo...

Azərbaycan yığması Ermənistanla qarşılaşacaq

İspaniyanın Sitjes şəhərində qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatı start götürəcək. Sfera.az  xəbər verir ki, Azərbaycan yığması b...

Qurban Qurbanov "Qarabağ"la yubiley heç-heçəsi etdi

"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib. Sfera.az  Peşəkar Furbol Liqasının rəsmi saytına istinadən xəb...

"Omoniya" ilə oyunöncəsi "Qarabağ"da İTKİ

UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb. Bu barədə  Ağdam təmsilç...

Daha bir cüdoçumuz Xorvatiyadan “qızıl”la qayıdır

Xorvatiyanın paytxatı Zaqrebdə cüdo üzrə Qran Pri yarışları davam edir. Sfera.az xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu yarışda qızıl medal qazanı...

Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol - VİDEO

Futbol üzrə Portuqaliya çempionatında 7-ci turun oyunları keçirilib. Sfera.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "To...