Həbsxanada qiyam, ölən və yaralananlar var

Həbsxanada qiyam, ölən və yaralananlar var
 Meksikanın Tabasko ştatında yerləşən həbsxanada qiyam baş verib.

Sfera.az
xəbər verir ki, qiyam nəticəsində azı 2 məhbus həlak olub, 25 məhbus isə xəsarət alıb. Bildirilir ki, həbsxananın mühafizə xidməti qiyamın qarşısını ala bilməyib və həbsxananı tərk ediblər. Daha sonra həbsxanaya hüquq mühafizə qüvvələri cəlb edilib və vəziyyət nəzarət altına alınıb. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR