Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?

Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən icra başçılarının işdən çıxarılan övladlarının bu il başqa vəzifəyə təyin edilməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. İmişlinin icra başçısı olmuş Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev və Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev ataları həbs edilərkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri idilər. Lakin atalarının həbsindən sonra onlar vəzifələrindən çıxarılmışdılar.

Bu yaxınlarda isə baş prokuror Kamran Əliyevin əmri ilə M.Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq, R.Quliyev isə Quba prokurorunun köməkçisi təyin edildi.

Vəkil Ceyhun Yusifov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Prokurorluq haqqında qanuna görə onlar heç vaxt prokurorluq orqanlarından xaric edilməyiblər:

"Hər ikisi prokurorluq orqanlarının sərəncamında qalmışdılar. Onların təyinatı ilə bağlı atılan addımlar da tam qanuni və əsaslıdır. Ümumiyyətlə, bir məsələ unudulur ki, onlar Prokurorluq haqqında qanunun 44-cü maddəsinin təsiri altında düşmür. Yəni, bu hərəkətlər prokurorluq orqanında vəzifəyə təyin edilməmənin tələbləri arasında yoxdur. Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın dövlət idarəçiliyində iştirak hüququ var. Digər tərəfdən də təqsirsizlik prezumpsiyası nəzərə alınmalıdır.

Biz hüquqi dövlətdə yaşayırıq, qoşulduğumuz konvensiyalar və Cinayət Məcəlləsinə görə hər kəs öz əməlinə görə özü cavabdehdir. Nə qanun, nə də digər xüsusatlar imkan verir ki, ataya görə oğul məsuliyyət daşısın. Təyinat tam baş prokurorun səlahiyyətində olan məsələdir və burada qanunsuz heç nə yoxdur. Sadəcə ictimaiyyət bu məsələdə yıxılana balta vurmaq prinsipi ilə yanaşdı, bu da doğru mövqe deyil.

Hər iki şəxs tam şəkildə ali təhsilli hüquqşünaslardır, amma prokurorluq orqanlarında 9-cu təsnifatda olan vəzifəyə veriliblər. Onlar hər ikisi sərəncamda idi, prokurorluğun əməkdaşları sırasından çıxarılmamışdılar. Sadəcə əvvəl 5-ci və 6-cı təsnifatda idilər, indi 9-cu təsnifatdadılar. Hər bir şəxs öz əməlinə görə özü cavabdeh olmalıdır".

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...