Həbsdə olan qazi azadlığa buraxıldı

Həbsdə olan qazi azadlığa buraxıldı
Bu gün Şirvan Apellyasiya Məhkəməsində Vətən müharibəsindən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağzadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

Sfera.az xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini A.Ağazadə azadlığa buraxılıb.

Cəlilabad Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs A.Ağazadəyə elan edilən ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilib.

Bununla belə, təqsirləndirilən şəxs A.Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apellyasiya protesti verilib.
 
(report)

OXŞAR XƏBƏRLƏR