Həbs olunan sabiq icra başçısının hüquq sistemində çalışan övladlarını nə gözləyir?

Həbs olunan sabiq icra başçısının hüquq sistemində çalışan övladlarını nə gözləyir?

Korrupsiyada ittiham olunan sabiq icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz.

Sfera.az xəbər verir ki, bu sözləri modern.az-a "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib.

O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb:

"Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Bu baxımdan, Nizaməddin Quliyevin cinayət əməlinə görə övladlarının məsuliyyətə cəlb edilməsi, yaxud vəzifədən azad edilməsi qanuni deyil.

Sovet dövründə isə belə deyildi. Vəzifəli şəxs korrupsiya kimi ağır ittihamla məsuliyyətə cəlb olunsa, onun ailə üzvləri, yaxınları da eyni aqibəti yaşayırdı. İndi isə qanunvericilik buna icazə vermir”.

Ə.Nuriyev onu da qeyd edib ki, hüquq sistemində çalışan hər hansı şəxsin yaxın qohumları məsuliyyətə cəlb olunursa, həmin vəzifəlilər cinayət işinə baxa bilməz:

"Belə hallarda subyektivlik olmasın deyə, hakim və ya digər məsul şəxs cinayət prosesindən uzaqlaşdırılır. Çünki onlar birbaşa təsir etmək imkanlarına malikdirlər. Bütün məsələlərdə qanunun aliliyi təmin olunmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət o...

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...