Həbs olunan baş həkimlərə hansı cəza veriləcək? – “Rüşvətxorları ömürlük həbs etmək...”

Həbs olunan baş həkimlərə hansı cəza veriləcək? – “Rüşvətxorları ömürlük həbs etmək...”
"Rüşvətxorları ömürlük həbs etmək lazımdır, onları bağışlamaq olmaz".
 
Bunu Sfera.az-a hüquqşünas Əkrəm Həsənov bildirib. Ekspert korrupsiya ilə bağlı səhiyyə işçilərinin həbs olunması məsələsinə toxunub:

"Hamımıza məlum olan məsələdir ki, tibb sahəsində korrupsiya halları olub. Bunun da səbəbi həmin insanların rahatlığı idi. Yəni kim nə istəyir edəcək, amma onlara toxunan olmayacaq düşüncəsi var idi. Bundan sonra vətəndaşlar da daha ürəkli olacaq, bu kimi hallar olsa şikayətlərinin cavabsız qalmayacağını biləcəklər. Məsələyə geniş yanaşsaq, ölkənin ən böyük bəlalarından biri rüşvətdir. Korrupsiyanın qarşısını almağın isə üç əsas yolu var. İlk növbədə bu kimi şəxslərin maaşı yüksək olmalıdır. Yəni biz onlara aşağı maaş təyin edib rüşvət almamalarını gözləsək, bu sadəlövhlük olar. Bundan başqa onların cəzası çox sərt olmalıdır. Yəni rüşvətxoru aldığı məbləğdən asılı olmayaraq ömürlük həbs etmək lazımdır və onlar əfvə düşməməlidir. Bu zaman dövlət də haqlı olur ki, "sənə yüksək maaş verirəm rüşvət alma və cəzan ağır olmasın". Üçüncüsü isə məmurların gəlir və xərclərinin bəyannaməsi olmalıdır. Yəni məmurlar və onların ailəsi şəffaf olmalıdır".

Hüquqşünas məmurların korrupsiyaya yol vermələrinin onların həyat tərzindən bəlli olduğunu bildirib:

"Məmurlarımızın əynindəki kostyumun qiyməti onların illik maaşından daha çoxdur. Geyimdən əlavə hələ səyahət xərclərini və s. demirəm. Sabahı gün biz belə hal görsək, hüququmuz çatmalıdır ki, məmurdan soruşaq ki, "bu pul səndə hardandır?". 

Rüşvətin qarşısınının alınmasında xəstəxanaya nəzarət edən qurum, nazirlik nümayəndəsinin nəzarəti də önəm daşımır. Çünki bu insanlar özləri də rüşvətə yol verə bilir. Yəni nəzarətçi özü də məmur olduğu üçün rüşvətin qarşısını almaq olmayacaq. Bu baxımdan nəzarət ictimai, şəffaf olmalıdır. Məmurların gəlir və xərclərilə bağlı bəyannamə olsa, belə halların qabağı alına bilər. Dövlət orqanlarının bir-biri üzərində nəzarəti isə təəssüf ki, özünü doğrultmur". 
 
İnci
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nərminin atası məhkəmədə özündən çıxdı: "Yaxşı eləmişəm..."

Tovuz rayonunun Dondar Quşçu kəndində iki il öncə itkin düşüb, 47 gün sonra yandırılmış meyiti tapılan 10-yaşlı Nərmin Quliyevanı son görən qohumları əmisi oğla...

Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLAR

2021-ci ilin başa çatmasına 90 gündən artıq vaxt qalsa da, ötən 9 ay müddətində Azərbaycanda kifayət qədər səs-küylü qətl hadisələri baş verib. Sfera.az-ı...

Naxçıvanın keçmiş daxili işlər naziri 9 milyon manat rüşvət alıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun aldığı rüşvətin məbləği məlum olub. "Report”un əldə etdiyi məlumata görə, ...

Həbs olunan baş həkimlərə hansı cəza veriləcək? – “Rüşvətxorları ömürlük həbs etmək...”

"Rüşvətxorları ömürlük həbs etmək lazımdır, onları bağışlamaq olmaz".   Bunu Sfera.az-a hüquqşünas Əkrəm Həsənov bildirib. Ekspert korrupsiya ilə bağlı s...

Məhkəmə Rövşən Əkbərovla bağlı QƏRAR VERDİ

Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə b...

Xaçmazda məktəb direktorunun ölümünün təfərrüatları BİLİNDİ

"Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü". Sfera.az xəbər verir ki, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdi...