Hazırda dünyada bu qədər təbii fəlakət niyə baş verir? - FOTOLAR

Hazırda dünyada bu qədər təbii fəlakət niyə baş verir? - FOTOLAR
Alimlər son günlər dünyada baş verən təbii fəlakətlərin səbəbinin nə olduğuna aydınlıq gətirib.

Sfera.az "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sözügedən bu təbii fəlakətlərə səbəb qlobal iqlim dəyişikliyidir.

Vurğulanır ki, bu prosesi hələ ki, dayandırmaq mümkün görünmür.

Məlumatda deyilir ki, son zamanlar KİV-də Qərbi Avropa və Çində daşqınlar, ABŞ və Kanadada anomal istilər, Sibirdə meşə yanğınları, həmçinin Türkiyə və Şimali Afrika ölkələrində hava temperaturunun rekord hesab olunan 50 dərəcə olması barədə tez-tez məlumatlar yayılır. 

Alman meteoroloq Yohannes Kvaasın sözlərinə görə, dünya üzrə iqlimin dəyişikliklərə reaksiyası dərhal baş vermir. Bu gün müşahidə edilən hadisələr onilliklər öncə atmosferə düşmüş tullantıların nəticəsidir. Belə ki, planet sənayeyə qədərki dövr ilə müqayisədə 1,2 dərəcə isinib.

Bununla yanaşı, "Bloomberg” agentliyi yazır ki, bəşəriyyət zərərli maddələrin azaldılması ilə bağlı məqsədlərini yerinə yetirsə belə, istiləşmədən qaçmaq mümkün deyil. Əsrin sonuna qədər Yer kürəsində temperatur 0,3-0,8 dərəcə yüksələcək.

Alimlər qeyd edir ki, əvvəlki araşdırmaların düzgün nəticələrinə baxmayaraq, iqlimin qlobal dəyişməsi templərinin azaldılması ilə bağlı dəqiq proqnoz vermək olmaz. Belə ki, bu cür eksperiment tarixdə ilk dəfədir aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Nyu-Yorkda Türkevinin açılışını etdi - FOTO

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkevinin açılışını edib. Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, a...

Belçikada öldürülən seks işçisinin adı küçəyə veriləcək - FOTO

Belçikanın paytaxtı Brüsseldə küçələrdən birinə müştərisi tərəfindən öldürülən seks işçisinin adı veriləcək.    Sfera.az xəbər verir ki, şəhərin Var...

Son 30 ilin ən böyük hərbi təlimi başladı - FOTO

Yaponiya 100 min şəxsi heyət, 20 min hərbi nəqliyyat vasitəsi və 120 təyyarənin iştirakı ilə son 30 ilin ən böyük hərbi təliminə başlayıb.    Sfera....

Ərdoğan Bakının azad olunması ilə bağlı paylaşım etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviterdə paylaşım edib....

"Taliban"ın bu addımı vahiməyə saldı: Gənc oğlanları öldürürlər - FOTO

Əfqanıstanda bir müddət əvvəl hakimiyyəti ələ keçirən "Taliban”nın son addımı insanları vahiməyə salıb. Sfera.az bildirir ki, Kabildə sadə vətəndaşların m...

Kanadanın baş nazirinə daşla hücum etdilər - FOTO

Kanadanın baş naziri Castin Trüdo bir sıra etirazçının qəzəbinə tuş gəlib.   Sfera.az bildirir ki, seçkiqabağı tədbirlərin birində baş nazirə daşla hücum...