“Haqqımda yayılan xəbərin hər kəlməsi yalandır\" - Məşhur model özündən çıxdı
16:28 / 11.02.2021
1274
Məşhur türkiyəli model Didəm Soydan, sevgilisi Burak Dənizlə qısqanclıq zəminində dava etdiyinə dair xəbərləri təkzib edib.
Sfera.az xəbər verir ki, bununla bağlı model "Twitter” hesabında paylaşım edərək məsələyə aydınlıq gətirib:
"Bir xəbər yayımlanır - sətirlərinin hər bir sözü saxta olan yalan xəbər... Sübutu olmayan xəbərləri necə yazırsınız? Sonra məhkəməyə verildikdə araya vasitəçilər qoyursunuz? Bir az yaradıcı olun, 17 illlik modellik təcrübəsi olan xanım, adi bir fotonumu qısqanacaq? Haqqımda yayılan xəbərin hər kəlməsi yalandır"
Qeyd edək ki, "Maraşlı” serialında rol alan Burak Dənizin jurnal üçün Alina Boz ilə səmimi fotolar çəkdirməsinin Didəmin qısqanclığına səbəb olduğuna dair xəbərlər yayılmışdı.
Jalə Mehdi
Sfera.az