\"Hansısa şizofrenin Azərbaycan barədə proqnoz verməsinin heç bir əhəmiyyəti yoxdur” - Deputatlardan Jirinovskiyə sərt SÖZLƏR

\
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son çıxışı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatları da öz fikirlərini bölüşüb. Belə ki, deputat Aydın Mirzəzadə Jirinovskinin son çıxışının təsadüfi olmadığını düşünür. Onun fikrincə, bu çıxış Rusiyadakı erməni diaspor dairələri tərəfindən sifariş edilib:

"Prezident İlham Əliyevin Rusiyaya bu yaxınlardakı uğurlu səfəri onlarda ciddi narahatlıq yaradıb. İndi siyasi təxribatlarla Azərbaycan-Rusiya münasibətlərini soyutmaq, ölkəmizin Vətən Müharibəsində qazandığı qələbəyə və yüksək siyasi nüfuza kölgə salmağa çalışırlar. Ancaq unudurlar ki, nüfuz və yaxşı münasibətlər kiminsə çıxışı ilə deyil, ciddi və səmimi siyasət və fəaliyyətlə qurulur”.

Millət vəkili Bəhruz Məhərrəmov bəzən rəsmi Moskvanın deyə bilmədiyini Jirinovski vasitəsilə çatdırdığı iddiasından söz açıb:

"Daxili siyasətdə konkret olaraq ayrı-ayrı məmur oliqarxların zaman-zaman silkələnməsi üçün bu avantüristin xidmətindən istifadə oluna bilər. Amma dəqiqdir ki, Rusiya kimi nəhəng gücün Jirinovskinin pozuq və pətək dili ilə danışmasına ehtiyacı yoxdur. Konkret Azərbaycana gəlincə, Rusiya Azərbaycan münasibətlərinin xarakteri də, səviyyəsi də, tərəflərin məqsəd və niyyəti, maraqlarının sərhədləri də bəllidir. Rusiyanın Azərbaycan siyasətini şəxsən Putin müəyyən edir. Prezident Putinin isə ən ağır dövrlərdə, Vətən müharibəsinin gedişatında Azərbaycana münasibəti aydın göründü. Yəni indi hansısa şizofreniya xəstəsinin Azərbaycan barədə plan və proqnoz verməsi, hansısa bir təlxəyin təkliflər irəli sürməsinin heç bir əhəmiyyəti yoxdur”.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, Vladimir Jirinovski rəsmi şəxsdir və bu baxımdan onun bəyanatlarına mütləq reaksiya verilməli idi:

"Azərbaycanın belə sərt mövqeyi Jirinovski və onun kimi zaman-zaman sərsəm bəyanat verənlərə dərs olmalıdır. Onlar Azərbaycan eləcə də, digər keçmiş sovet respublikaları haqqında fikir söyləyərkən ikitərəfli münasibətləri nəzərə alıb yuxarıdan aşağı baxmamalı, istifadə etdikləri ifadələrdə çox diqqətli və məsuliyyətli olmalıdırlar. Bilməlidirlər ki, onların bu kimi fikirləri ciddi etiraza səbəb olacaq, cəmiyyət tərəfindən hiddətlə qarşılanacaq və ikitərəfli münasibətlərə xələl gətirəcək. 

Bu kimi bəyanatlara kəskin reaksiya verilmədiyi halda,  Jirinovski və onun kimilərin dilindən daha sərsəm bəyanatlar eşidə bilərik. Azərbaycan Rusiyaya nota verməklə qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirdi,  Jirinovski kimilərə yerini və həddini bildirdi”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...