Hansı ölkələrdə milyonçuların sayı artıb? - İlginc rəqəmlər

Hansı ölkələrdə milyonçuların sayı artıb? - İlginc rəqəmlər
 İsveçrə bankı olan "Credit Suisse”nin qlobal sərvət araşdırmalarına görə, hazırda dünyada 1 milyon dollardan çox sərvəti olan 46,8 milyon insan var.
 

Sfera.az xəbər verir  ki, bu il ABŞ-da milyonçular siyahısına 675 min nəfər əlavə olunub. Milyonçuların sayının artdığı digər 3 ölkə isə Yaponiya (187 min nəfər), Çin (158 min nəfər) və Almaniyadır (65 min nəfər). 

Bəzi ölkələrdə isə milyonçuların sayı kəskin azalıb. Milyonçuların sayının ən çox  azaldığı ölkələr siyahısında birinci yeri 124 min nəfərlə Avstraliya tutub. İngiltərədə 27 min nəfərin, Türkiyədə isə 24 min nəfərin adı milyonçular siyahısından çıxıb. 

Təxminlərə görə, qlobal sərvət son bir ildə cəmi 2,6% artıb, ancaq 2024-cü ilədək 27% artaraq 459 trilyon dollara çatacaq. Qarşıdakı 5 il ərzində milyonerlərin sayı isə 63 milyona qədər artacaq.

Qeyd edək ki, hazırda dünyanın ən varlıları dünya əhalisinin yalnız 10%-ni əhatə edir. Yerdə qalan 90% isə qlobal sərvətin yalnız 18%-nə sahibdir. Bu nisbət 2000-ci ildə 11% idi. 



OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...