Hansı ixtisası seçək ki, gələcəkdə işsiz qalmayaq? - VİDEO

Hansı ixtisası seçək ki, gələcəkdə işsiz qalmayaq? - VİDEO
İxtisas seçimi dövründə "hansı ixtisas üzrə təhsil alım ki, sonra rahat iş tapa bilim" sualı abituriyentləri düşündürən əsas məsələlərdən biridir. Onlardan  bəziləri ixtisasın  iş imkanlarını araşdırdıqlarını desə də, ixtisasın adına baxıb, seçim edənlərdə az deyil. Təhsil eksperti bildirir ki, bəzi ixtisaslar öz əhəmiyyətini zamanla tamamilə itirəcək. Abituriyentlər bu məsələdə diqqətli olmalıdırlar. 

4 il təhsil aldıqdan sonra "ixtisasım üzrə iş tapa bilmirəm" cümləsini deyənlər az deyil.

Bu gün ali təhsil müəssisələrinə  qəbul olmaq üçün edilən müraciətlər davam edir.  Abituriyentlər bəziləri ixtisasların daha da təkimilləşməsinə ehtiyac olduğunu, bəziləri də müəyyən  ixtisasların əhəmiyyətsiz olduğunu düşünürlər. 

Sfera.az xəbər verir ki, təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, kitabxanaçılıq və informasiya ixtisası rəqəmsal və informasiya texnologiyası ixtisası adı altında yenilənməlidir. Artıq kitablar elektron daşıyıcılarda təqdim olunur. "Layihələrin idarə olunması", "Data analitikası"   kimi ixtisasların yaranmasına  və inkişafına ehtiyac var.  

Səbuhi Abdullayev abituriyentlərə həmçinin seçdikləri ixtisas üzrə  əvvəlki ilin məzunlarının iş imkanlarını  araşdırmağı da tövsiyə edib.
 
(Xezerxeber.az)


OXŞAR XƏBƏRLƏR