No Image
No Image

Hansı halda məktəblər bağlana bilər? - EKSPERT AÇIQLADI

Hansı halda məktəblər bağlana bilər? - EKSPERT AÇIQLADI
Şagirdlərin 10-15 nəfəri bir gündə koronavirusa yoluxursa, bu, artıq kütləvi hal sayılır və məktəb qapanmaya gedir.

Sfera.az-ın məlumatına görə, bunu təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, ötən ilin mart ayından bütün məktəblər deyil, məhz yoluxma halları çox olan təhsil ocağı bağlanmalı idi: "Əslində, mart ayından bu cür addımlar atıla bilərdi və hansı məktəbdə kütləvi yoluxma halları müşahidə olunur, məhz onlar da bağlanmalı idi. Qonşu Rusiyada belə bir təcrübə var ki, hər hansısa sinifdə bir nəfər belə yoluxarsa, o sinif mütləq şəkildə qısamüddətli bağlanır. Yaxud bir məktbədə ən azı 15-20 nəfərdə yoluxma qeydə alınırsa, təhsil ocağı bağlanır və iki həftə sonra açılır".

Q.Məhərrəmov qeyd edib ki, artıq müəyyən mənada başa düşülüb ki, bütün təhsil müəssisələrini bağlayaraq bu virusla mübarizə aparmaq lazım deyil: "Mən düşünürəm ki, biz yavaş-yavaş normal həyatımıza geri qayıtsaq, bu, daha yaxşı bir addım olacaq". (Trend)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Hazırkı dərsliklərlə yola çıxsaq, yolda qalacağıq” – Ekspert dəyişən təhsil şərtlərindən danışdı

"Koronavirus pandemiyası dünyada milyonlarla insanın təhsil almaq formasını dəyişdirib. Bundan sonra təhsil üçün yeni alətlər çox ehtiyac duyulan yenilikləri ...

Məktəblərlə bağlı mühüm AÇIQLAMA

Yoluxma sayı azalarsa, ənənəvi təhsil bərpa edilə bilər. Sfera.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki,...

Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Sfera.az xəbər verir ki, bunu...

Bu tarixdən bütün təhsil işçilərinə peyvənd vurulacaq - Nazir AÇIQLADI

Hazırda respublika üzrə məktəblərdə müəllimlərin 50 faizi vaksinasiya edilib. Sfera.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama ve...

Emin Əmrullayev təhsillə bağlı sualları CAVABLANDIRACAQ

Aprelin 3-də təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili ilə bağlı ictimaiyyəti və medianı maraqlandır...

Aprelin 5-dən uşaq bağçaları da bağlanır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və...