Hansı dondurmalar sizi zəhərləyə bilər? – Ehtiyatlı olun!

Hansı dondurmalar sizi zəhərləyə bilər? – Ehtiyatlı olun!
 

İsti yay günlərinin ən sevimli qidalarından biri şübhəsiz ki, dondurmalardır. Xüsusilə də uşaqlar dondurmalardan heç cür imtina edə bilmirlər. Ancaq bu dadlı qida zəhərlənmələrə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sənaye üsulu ilə istehsal olunan bütün məhsulların daxilinə kimyəvi maddələr əlavə olunduğunu deyir:

"Sənaye üsulu ilə istehsal olunan, yəni ev şəraitində hazırlanmayan bütün malların daxilinə, o cümlədən dondurmalara aromatizatorlar, rəngvericilər, stabilizatorlar normalara uyğun olaraq, təhlükəli olmamaq şərti ilə qarışdırılır. Bu maddələrin müxtəlifdir. İstehsalçıdan asılı olaraq dondurmaya əlavə edilən maddələr də dəyişilir”.

Onun sözlərinə görə, yaxşı dondurmanı dadından tanımaq mümkündür:

"Dondurma süd məhsuludur, qaymaq dadı verməlidir. Lakin istehlakçılar bizə zəng edib deyirlər ki, dondurma acı dad verir. Bu o deməkdir ki, dondurmanın istehsalında standartın əksinə olaraq kərə yağından yox, marqarindən, bitki yağlarından istifadə olunub. Bunun səbəbi həmin yağların daha ucuz olmasıdır”.

E.Hüseynov bildirib ki, əridikdən sonra təkrar dondurulan dondurmanı yemək olmaz:

"Bəzən istehlakçılar deyir ki, aldığımız dondurma əzilib. Bu o deməkdir ki, dondurma istiyə məruz qalıb, onu təzədən dondurublar. Yəni, bu süd məhsulu çirklənib. Hər bir dondurmanın müəyyən saxlanma temperaturu var. Ona uyğun olaraq, donmuş şəkildə saxlanılmalıdır. Bəzən mağazaya gedikdə pis qoxu hiss edirik. Deməli, gecələr işıq enerjisinə qənaət etmək üçün soyuducuları söndürürlər. Bu da oradakı məhsulların, o cümlədən dondurmaların köhnəlməsinə səbəb olur”.

E.Hüseynov istehlakçıların xarici məhsullara daha çox marağı olduğunu bildirib. Ancaq o, yerli və xarici istehsal olan dondurmalar arasında kəskin fərq olmadığını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...