Hansı deputatlar silah gəzdirir? - DİN AÇIQLADI

Hansı deputatlar silah gəzdirir? - DİN AÇIQLADI
Milli Məclis deputatlarının xidməti silah gəzdirmək və onu təyinatı üzrə istifadə etmək hüququ var. Bu, 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında” Qanunla tanınıb. 2001-ci ilin oktyabrında isə "Milli Məclis deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur.

Qanuna görə, deputatlar xidməti silah almaq üçün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən deputat daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah - tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.

Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, deputatlar arasında silah gəzdirmək hüququndan istifadə edənlər yoxdur. Nazirliyin mətbuat katibi Ehsan Zahidov bu barədə DİN-ə müraciət edən deputatın olmadığını deyib.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini Hikmət Babaoğlu da deputatın statusu haqqında ayrıca qanunun olduğunu xatırladıb. Deputatın sözlərinə görə, Milli Məclisin üzvləri seçkili orqanın təmsilçiləri olduqları və xalq tərəfindən konkret dairələr üzrə seçildiklərindən onlara öz fəaliyyətlərini sərbəst və azad şəkildə həyata keçirmələri üçün belə bir status tanınır:

"Bu qanunun 12-ci maddəsi deputatların toxunulmazlığı haqqındadır. Orada Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə istinadən deyilir ki, deputatın şəxsiyyəti toxunulmazdır və bu toxunulmazlıq onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın statusu haqqında qanunun 12.1. maddəsində isə onun təhlükəsizliyinin təmin edilməsi öz əksini tapır. Qeyd edilir ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Ancaq hazırda bütün vətəndaşlarımız kimi deputatın da təhlükəsizliyi dövlətimiz tərəfindən ən yüksək səviyyədə qorunduğu və onu təhdid edən heç bir amil olmadığı üçün bu səlahiyyətdən istifadə etmək zərurəti yoxdur. Ancaq yenə də hər hansı bir deputat belə bir ehtiyac hiss edərsə, qanuna müvafiq qaydada silahla bağlı tələb təmin edilə bilər”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Öləndə məni yumasınlar” - Tanınmış aktyor vəsiyyətini açıqladı

"Öləndə məni yumasınlar”. Sfera.az xəbər verir ki, bunu məşhur aktyor İlyas Salman deyib. Daha əvvəl ateist olduğunu bildirən aktyor vəsiyyətini belə açıq...

Sabah ilin sonuncu Günəş tutulması olacaq

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək. Sfera.az xəbər verir ki, bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq ...

Bu 5 bürcün nümayəndələri 2022-ci ildə ani qərarla evlənəcəklər

Yeni ilin başlamasına bir neçə həftə qalıb. Pələng ilində insanları nələrin gözlədiyi ilə bağlı məlumatlar isə hamıya maraqlıdır.   Sfera.az bu dəfə 2022...

Bütün "WhatsApp" yazışmaları izlənir

FTB-nin (Federal Təhlükəsizlik Bürosu) tələbi ilə "WhatsApp" messenceri bütün yazışmalar haqqında metadataları 15 dəqiqə gecikmə ilə quruma ötürür. Bu idd...

Dekabrda gözlənilən maqnit qasırğaları: PROQNOZ

Yeni 2022-ci ildə Yerin maqnitosferində tam sakitlik gözlənilir, lakin Milad bayramında bu baxımdan narahatlıq olacaq. Sfera.az bildirir ki, dekabrda gücl...

Dünyanı hansı bürclərin nümayəndələri idarə edir? - SİYAHI

Bürclərin insanların xarakterinə təsiri hamının maraq obyektində olan məsələdir. Maraqlıdır, dünya liderlərinin bürcləri onlara nə qədər təsir edir?   Sf...