Hamlet İsaxanlı: “Dövlət məktəbləri özəl təhsil müəssisələrindən geri qalır”

Hamlet İsaxanlı: “Dövlət məktəbləri özəl təhsil müəssisələrindən geri qalır”
"Valideynlərin bir çoxu özəl və keyfiyyətli təhsil verən məktəbləri seçir”.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib.

Belə ki, son zamanlar valideynlərin övladları üçün məktəb seçimində yaşadığı əraziyə uyğunluğu deyil, daha çox keyfiyyəti əsas götürərək uzaq təhsil müəssisələrini seçdiyi müşahidə edilir.

Məsələ ilə bağlı professor fikirlərini bildirib:

"Valideynlərin övladlarını yaşadığı ərazidən kənardakı təhsil müəssisələrinə aparmasının əsas səbəblərindən biri də dövlət məktəblərində təhsilin zəif inkişaf etməsi ilə bağlıdır. Belə ki, bu səbəbdən də özəl məktəblər fəaliyyətə başlayır. Onların verdiyi təhsil dövlətə nisbətən daha keyfiyyətli olur. Əvvəlki dövlərdə valideynlərin çoxu övladını yaşadığı ərazinin yaxınlığındakı məktəbə aparırdı, lakin zaman keçdikcə məktəbləra¬rası rəqabət və təhsilin keyfiyyəti məsələsi ön plana keçdi. Buna görə də valideynlərin bir çoxu özəl və keyfiyyətli təhsil verən məktəbləri seçir. Belə olduqda isə digər məktəblər kənarda qalır və onlarda təhsilin keyfiyyəti aşağı düşür. Ona görə də bütün təhsil müəssisələrində təhsilin keyfiyyəti eyni şəkildə artırılmalı və heç bir təhsil müəssisəsi digərindən geri qaılmamalıdır. Lakin özəl sektorun sahib olduğu maddi-texniki baza daha əlverişli və keyfiyyətlidir”.
 
(AzEdu.az)

OXŞAR XƏBƏRLƏR

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.   Sfera.az bildirir ki, daha əvvəl məşq...

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...