No Image
No Image

Hamamda qan su yerinə axdı: 1 nəfər öldü, 10 nəfər saxlanıldı - VİDEO

Hamamda qan su yerinə axdı: 1 nəfər öldü, 10 nəfər saxlanıldı - VİDEO
Türkiyənin Afyonkarahisar şəhərində cinayət hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, eyni ailə üzvləri olan 10 şəxs çimmək üçün Bolvadin bölgəsində yerləşən hamamlardan birinə gedib.

Bir müddət sonra müştərilərlə hamam işçiləri arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyük davaya çevrilib.

Tərəflər bir-birlərinə bıçaq çəkiblər. Mübahisə zamanı hamam sahibi Hilmi Coşkun bel nahiyəsinən 3 dəfə bıçaqlanıb.

Xəstəxanaya aparılan Hilminin həyatını xilas etmək mümkün olmayıb. O yolda vəfat edib.

Hadisə yerinə gələn polis əməkdaşları 10 nəfəri saxlayıb. Hazırda cinayətə səbəb olan davanın hansı səbəbdən baş verdiyi araşdırılır.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hamamda qan su yerinə axdı: 1 nəfər öldü, 10 nəfər saxlanıldı - VİDEO

Türkiyənin Afyonkarahisar şəhərində cinayət hadisəsi baş verib. Sfera.az xəbər verir ki, eyni ailə üzvləri olan 10 şəxs çimmək üçün Bolvadin bölgəsində ye...

Türk jurnalist nəhəng buğanın altında qalmaqdan son anda xilas oldu - VİDEO

Türkiyənin paytaxtı Ankarada qorxulu anlar yaşanıb. Sfera.az "sondakika.com”a istinadən xəbər verir ki, Gölbaşı qurbanlıq qoyunlar bazarında heyvanların g...

Ayselin həyatına son qoyan dəhşətli qəza - Sürücü qəza zamanı canlı yayım edirmiş - VİDEO

İzmirin Buca rayonunda 16 yaşlı Aysel Canpolatın ölümünə səbəb olan qəza ilə bağlı yeni detallar ortaya çıxıb. Sfera.az  haberler.com-a istinadən xəb...

Rusiyada ermənilər taksi sürücüsünə hücum etdilər - VİDEO

Rusiyada ermənilər taksi sürücüsünə hücum ediblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, hadisə Yaroslavl şəhərində...

İstanbulu su basdı - VİDEO

Türkiyənin İstanbul əyalətinin Şile rayonuna yağan güclü yağışdan sonra daşqın olub. Sfera.az xəbər verir ki, məlumatı "TRTHaber” yayıb. Bildirilib ...

ABŞ-da hava şarı qəzası nəticəsində beş nəfər ölüb - VİDEO

ABŞ-ın Nyu-Meksiko ştatında hava şarı ilə uçuş zamanı bədbəxt hadisə baş verib. "Sputnik” xəbər verir ki, Albukerke şəhəri üzərindən keçərkən şarın zənbil...