No Image
No Image

Hakimliyə namizədlərlə test imtahanı keçirildi

Hakimliyə namizədlərlə test imtahanı keçirildi
Hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Sfera.az xəbər verir ki, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə müsabiqələr keçirilib. 

Bütün imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 44 nəfər hüquqşünas dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin ediliblər.

Test və yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlərlə bu ərəfədə şifahi imtahanlar keçiriləcəkdir. 

Hakim olmaq üçün sənədlərini təqdim etmiş 230 hüquqşünasla martın 3-də test imtahanı keçirilib. 

Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə keçirilən imtahanda suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb.

Şəffaf keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib, habelə nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib. 

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 155 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. 

Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. 

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu və müsabiqələr davamlı olaraq həyata keçiriləcəkdir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Sənədlər Komitə tərəfindən, o cümlədən elektron qaydada, sadələşdirilmiş prosedurlarla qəbul edilir (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə). Belə ki, namizədliyin qeydə alınması üçün müvafiq ərizə və aidiyyəti sənədlərin surəti [email protected] ünvanına elektron formatda, o cümlədən mobil telefonla göndərilə bilər. 

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əhaliyə qəti xəbərdarlıq edildi, aprelin 12-də ...- RƏSMİ

Azərbaycanda aprelin 12-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşer...

Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - VİDEO

İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb. Sfera.az A...

Ağstafada şəhidin son arzusu yerinə yetirilib – FOTO

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib. Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, şəhidin...

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2414 yeni yoluxma faktı qeydə alınıb, 1695 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Bakıda restoranda toy edən 40 nəfər cərimələndi - FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən "Zəfər Qalası” restoranında sanitar-gigiyena və karant...

Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr aktiv şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində iştirak edəcəklər. S...