Hakimiyyətin yuxarı eşalonundan istefalar davam edəcək – Azərbaycanı nə gözləyir...

Hakimiyyətin yuxarı eşalonundan istefalar davam edəcək – Azərbaycanı nə gözləyir...

Astoroloq Səbuhu Rəhimli 2020-ci ildə Azərbaycanda və dünyada gözlənilən siyasi vəziyyətlə bağlı proqnozlarını açıqlayıb.

Sfera.az xəbər verir ki, astroloq ümumilikdə 25 proqnoz irəli sürüb ki, bunun da 10-u Azərbaycan, 15-i isə beynəlxalq vəziyyətlə bağlıdır. Həmin proqnozları ardıcıllıqla təqdim edirik:

Azərbaycanla bağlı proqnozlar:

1.    İqtidarla müxalifət arasında hər hansı uğurlu dialoq olmayacaq.

2.    Deputatlardan minimum 40 faizi yeni parlamentdə təmsil olunmayacaq.

3.    Azərbaycan hökuməti ilin ikinci yarısında qismən demokratik islahatlara gedəcək.

4.    Bu il ölkədə məhsul bol olacaq, lakin ucuzluq olmayacaq.

5.    Qarabağın azadlığı istiqamətində hər hansı yenilik görünmür.

6.    Bu ilin birinci yarısı üçün Azərbaycanda hər hansı devalivasiya olmayacaq.

7.    Hakimiyyətin yuxarı eşalonundan istefalar davam edəcək, köhnə qvardiya bir az da sarsılacaq.

8.    Bu il istefaların episentiri icra hakimiyyətlərinə düşəcək, 20-yə qədər icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq.

9.    Azərbaycanda qismən azad medianın yaranmasına şahidlik edəcəyik.

10.    Mülkiyyət üzərinda savaş daha kəskin xarakter alacaq.

Beynəlxalq proqnozlar:

1.    Dini-etnik zəmnində güclü qarşıdurmaların şahidi olacağıq.

2.    Dövlət çevrilişləri, sui-qəsdlər, qısamüddərli regional müharibələr artacaq.

3.    İran ərazisində hər hansı müharibə olmayacaq.

4.    Dünya müharibəsi baş verməyəcək

5.    İstehsalat qəzaları, hərbi və digər böyük obyektlərin yanğın və ya partlayışına şahidlik edəcəyik.

6.    Liviyada ötən ilin sonlarından hökumət böhranı marta qədər səngiyəcək.

7.    Təyyarə qəzaları, xüsusən də hərbi təyyarə qəzaları artacaq.

8.    Putinin hakimiyyətdən deviriləcəyi və ya istefası baş verməyəcək.

9.    Çin ciddi problemlərlə üz-üzə qalacaq. Qüdrəti müəyyən qədər sarsılacaq da demək olar.

10.    Donald Tramoın istefasına səbəb olan hər hansı bir impiçment olmayacaq. 

11.    Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yeni prezident görəcəyik.

12.    Orta Asiya dövlətlərində milli hərəkatlar qaynamağa başlayacaq

13.    İlin birinci yarısında Hindistanda daxili çaxnaşmalar artan xətt üzrə inkişaf edəcək. İtkilər olacaq.

14.    Gürcüstanda Mixali Saakaşvilinin hakimiyyətə qayıdışına böyük zəmin yaradılacaq.

15.    Ermənistan və İranın münasibətləri pozulmayacaq. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTO

 Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Müd...

Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - VİDEO

 Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib. Bu barədə Sfe...

Rəsul Quliyev Milli Şuranı yıxdı-sürüdü: “Ağ etmək olmaz”

 "Azərbaycanda müxtəlif adlar altında çoxlu qurumlar var. Onlardan biridə Milli Şura adlandırılır. 2013-cü il prezident seçkilərinə hazırlıqda 10-a yaxın t...

Ermənilərin soydaşlarımıza qarşı cinayətləri Xorvatiya mətbuatında

 Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Könül Nurullayeva Xorvatiya mətbuatı vasitəsi ilə beynəl...

Deputat: “Pandemiya sosial layihələrin icrasını ləngitməyib”

 "Koronavirus pandemiyası başqa ölkələrin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq ölkəmizdə əvv...

Baş nazir təcili iclas keçirdi: Koronavirusla bağlı yeni tapşırıqlar verildi

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin g...