Hakim olmaq istəyən 205 nəfər imtahan verəcək

Hakim olmaq istəyən 205 nəfər imtahan verəcək
 

Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək.

DİM-dən Sfera.az-a  verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.

İmtahanda 205 namizədin iştirakı nəzərdə tutulur.

 

İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

  Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlama tarixi məlum olub.  Türkiyə Ali Təhsil Şurası bildirilib ki, bu, oktyabrın 1-dən sonra ol...

Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur

  Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, bu təhsil pilləsində tədris prosesinin distant for...

Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

 Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə bu gün keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının düzgün cavab...

DİM imtahan verəcək abituriyentlərə müraciət etdi

  Dövlət İmtahan Mərkəzi 13 və ya 14 avqust tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə müraciət edib. Mərkəzdən Sfera.az-a verilə...

Azərbaycanda dərslər bu formatda keçiriləcək - RƏSMİ TƏLİMAT

Məktəb direktorlarına yeni tədris ili ilə bağlı təlimat göndərilib.  Sfera.az  xəbər verir ki, təlimatda aşağıdakılar qeyd olunub: I. Dərs...

Sentyabrdan dərslər hansı formada keçiriləcək? - RƏSMİ

  "Dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə hazırda müzakirələr aparılır. Təbii ki, bizim həmkar qurumlarla məsləhətləşmələr olduq...