Haitinin güllə yarası almış birinci xanımı xəstəxanadan fotosunu paylaşdı: “Ərimin söz sözü...”
11:45 / 15.07.2021
1624
Qətlə yetirilmiş Haiti Prezidenti Jovenel
Moizin həyat yoldaşı Martin Moiz həkimlərə ona göstərilən tibbi yardıma görə təşəkkür
edib.
Sfera.az-ın məlumatına görə "Twitter” səhifəsində
müalicə aldığı hospitaldan fotolarını paylaşan birinci xanım bunları yazıb:
"Bu dəhşətli dönəmdən keçməkdə mənə kömək edən qoruyucu mələklər
qrupuna təşəkkür edirəm. Sizin xeyirxahlığınız və qayğınız sayəsində həyata dönə
bildim”.
"Hələ də ərimin son sözünü söyləmədən getdiyinə inanmıram, bu ağrı heç
vaxt keçməz."
Çərşənbə günü Haitinin BMT-dəki Daimi Nümayəndəsi
Antonio Rodriqe Moizin həyatı üçün təhlükənin sovuşduğunu bildirib.
Selcan
Sfera.az