Haiti Prezidentinin sui-qəsdini aydınlaşdırmağa çalışan müstəntiqlər ölüm təhlükəsi ilə üz-üzədir
13:22 / 27.07.2021
565
Haiti Prezidenti Jovenel Moizin sui-qəsdi ilə bağlı istintaq gözlənilməz problemlərlə üzləşib. İşi aparan müstəntiqlər naməlum adamların təhdidlərinə məruz qalmağa başlayıblar
Sfera.az-ın CNN-nə istinadən məlumatına görə, istintaq təxminən iki həftə əvvəl başlayıb, elə həmin vaxtdan da təhdidlər başlayıb. Naməlum şəsxlər müstəntiqlərə SMS yazır, zəng vurur, istintaqın gedişatını "lazımi istiqamətdə" dəyişdirməyəcəkləri təqdirdə, onları ölümlə hədələyirlər.
"Ölüm hədələri Haiti müstəntiqlərinin işini çətinləşdirən tək şey deyil. Çoxsaylı mənbələr CNN-ə digər qeyri-adi maneələr haqda da məlumat verib. Sözügedən maneələr sırasında müstəntiqlərin cinayət məkanları, şahidlər və dəlillərlə birbaşa işinə çətinlik yaradan məqamlar da var”, - deyə CNN müəllifləri yazır.
Cinayətkarlar zənglərin vaxtını dəqiqliklə hesablayırlar. Bu isə onların istintaqın gedişatından xəbərdar olduqlarını düşünməyə əsas verir.
Selcan
Sfera.az