Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib
 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və  bir neçə gündür xəstəxanadadır.

 

"Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.


OXŞAR XƏBƏRLƏR