"Hadrut 150 minlik şəhərə çevrilə bilər" - Natiq Cəfərli

"Hadrutun işğaldan azad edilməsi qondarma qurumun geydirmə "sərhədlərini” dağıtdı, Ermənistanın dilinə gətirdiyi və sırımağa çalışdığı "status arqumentini” çökdürdü”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli Hadrutun düşmən işğalından azad edilməsinin 1 illiyindən danışarkən deyib. Onun sözlərinə görə, son 30 ildə ilk dəfə idi ki, Azərbaycan Ordusu qondarma qurumun "ərazisi” kimi elan etdiyi torpaqlarımıza daxil olmuşdu:

"Hadrutun işğaldan azad edilməsi və hərbi qələbə Ermənistan ordusunun dirəncini qırdı, "soyuq duş” effekti yaratdı, 44 günlük hərbi qələbəmizin əsas hadisələrindən birinə çevrildi. Bu ərazinin strateji coğrafi mövqeyini nəzərə alaraq işğaldan azad edilməsi digər əməliyyatların uğuru üçün qapı açdı. Hadrut əməliyyatı unikal hərbi əməliyyat idi, igid Azərbaycan əsgərinin hərbi hazırlığının yüksək səviyyədə olduğunu göstərdi. Eyni zamanda bu əməliyyat Şuşanın işğaldan azad ediləcəyinin ilk və ən böyük xəbərçisi idi”.

N.Cəfərli qeyd edib ki,  bundan sonra Hadrutu kiçik, amma gözəl bir şəhərə çevirmək üçün addımlar atmalıyıq:

"Keçən ilin bu günündə yazdığım fikirdə israrlıyam - Hadrutda ölkənin ən böyük və nüfuzlu universiteti açılmalı, tələbə şəhərciyinə çevrilməsi üçün addımlar atılmalıdır. Hadrutda olan dostların və mütəxəssislərin fikrinə görə, oranı 120-150 minlik şəhərə çevirmək mümkündür, bunun üçün ərazi, resurslar və münbit şərait var. Hadrut kimi stateji məkanda 120-150 minlik şəhərin olması Qarabağın dağlıq hissəsində məskunlaşmanın təməlini təşkil edəcək, iqtisadi imkanlar yaradacaq, şəhərin özü-özünü dolandırmasına səbəb olması ilə yanaşı, ətraf yaşayış məntəqələri üçün də iqtisadi fürsətlər üçün cəlbedici mərkəzə çevriləcək. Bundan başqa hər iki icmanın birgə yaşaması üçün Hadrut simvolik önəmə malik olan şəhər ola bilər. Qolumuzu çirmələməli, daha qəliz, amma effektiv idarəetmə sistemi qurub ölkəmizin inkişafına nail olmalıyıq”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur. Sfera.az-ın  məlumatına görə, 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başl...

Təbii qaz üzrə tariflərin dəyişdirilməsini zəruri edən səbəblər hansılardır?

Azərbaycanda təbii qazın tarif qiymətlərinin dəyişdirilməsi zərurətini yaradan müxtəlif daxili və xarici səbəblər mövcuddur. Sfera.az xəbər verir ki, ötən...

18 oktyabr iş günüdür - RƏSMİ

Xəbər verdiyimiz kimi, Milli Məclisdə "Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Qanunu təsdiqləy...

Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uy...

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Oper...

Dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir. ...