Qarabağda müharibə alovu: Həmsədrlərin sonu yaxınlaşır

Qarabağda müharibə alovu:  Həmsədrlərin sonu yaxınlaşır

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Avropa Birliyinin iştirakı effektiv ola bilər.

Publika.az xəbər verir ki, bu barədə britaniyalı politoloq Denis Sammut deyib.

Onun bu təklifini şərh edən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarov bunu rəsmi şəxsin yox, bir ekspertin fikri olduğuna diqqət çəkib.

“Mövcud formatın yararlığı haqda bu formatın iştirakçılarından soruşmaq lazımdır. Elmi dairələr, politoloqlar münaqişələrin həlli ilə bağlı təkliflər verə, mümkün axtarışlar aparaq bilərlər. Bu politologiya elminin fəaliyyətidir. Lakin bu, rəsmi deyil. Britaniyalı politoloqun fikrinə gəlincə, deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı format beynəlxalq razılaşdırmalar əsasında yaradılıb”, - deyə o bildirib.

Qeyd edək ki, son dövrlər Dağlıq Qarabağ ətrafında yaranmış gərginlik beynəlxalq ictimaiyyəti narahat edir. Bu baxımdan, mövcud formatın dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilir.

Misal üçün, Londonda fəaliyyət göstərən “Janes İntelligence” analitik mərkəzinin ekspertləri vəziyyəti belə şərh edir: “Qarabağda müharibə ehtimalı hər keçən gün artır və beynəlxalq maraq dairələrinin hər biri burada öz çıxarlarını qorumaq şəraiti ilə üz-üzə qalıb. Müharibə nə tərəflərə, nə də regionda marağı olan güclərə sərf etmir. Lakin bununla bağlı mümkün gözləntilər də artmaqdadır. Bu baxımdan, beynəlxalq arenada münaqişənin həlli üçün formatın dəyişdirilməsi təklifləri gündəmə gəlməkdədir”.

Qeyd edək ki, rəsmi Bakı da Minsk qrupunun hazırki formatından narazıdır. Xüsusilə Minsk qrupunun həmsədrlərinin AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında britaniyalı deputat Robert Volter tərəfindən hazırlanan “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın eskalasiyası” qətnaməsinin qəbul edilməməsi ilə bağlı çağırışı qeyri-obyektiv yol tutan bu formatın dəyişdirilməsini gündəmə gətirib.

Bu arada, üzərindən sanksiyalar götürülən İran da münaqişəninin həlli üçün vasitəçilik etmək istəyini gizlətmir.

OXŞAR XƏBƏRLƏR

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...

16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?

88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.   Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.   Qeyd e...

Gəncləri hərbi xidmətdən yayındırmaq üçün öz qanından istifadə edirmiş

Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə ...

Qadının Bakı metrosunda etdiyi hərəkət müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yay...

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.   Belə ki, ...