Bakıda “Malış Ramin” dəstəsi ilə birgə ələ keçirildi – VİDEO

Bakıda “Malış Ramin” dəstəsi ilə birgə ələ keçirildi – VİDEO

Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədovyanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.

Sfera.az ARB TV-yə istinadən xəbər verir ki, Rayon Polis İdarəsi və DİN-Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində "Malış” ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.

Həsən Əliyev (saxlanılan şəxs): "Ramini qardaşı vasitəsilə tanıyırdım. Onun qardaşı ilə dost idik. Planlaşdırdıq evlərə girdik. 4 evə girdik, üçündən heç nə çıxmadı, birindən qızıl çıxdı. Qızılları saxladım ki, satıb pulu bölək. Sata bilməyib yaxalandım”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.



OXŞAR XƏBƏRLƏR

Həkim və əczaçıların sertifikasiyası üçün yeni prosedurlar müəyyənləşdi

Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar icla...

Bu işçilər sınaq imtahanından keçəcək - Rəsmi

Həkimlərin və əczaçıların sertifikasiyası ilə əlaqədar sınaq imtahanı da təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...

Səhiyyə naziri deputata etiraz etdi:"O, evin mətbəxində əməliyyat olunub"

"Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Sə...

Tibb işçilərinin 91 faizi imtahanda uğur qazanıb

"2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasi...

Səhiyyə Nazirliyi yeni qanunvericilik təşəbbüsü hazırlayıb

Səhiyyə Nazirliyi tərəfindən tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı qərar qəbul edib

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.   Bu barədə Sfera.az-a Ali Məhkəmənin Mətb...