Bakıda 2000-dən çox ev, 200 kommersiya obyekti söküləcək

Bakıda 2000-dən çox ev, 200 kommersiya obyekti söküləcək
 "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb. 

Sfera.az movqe.az-a istinadən xəbərinə görə, bu barədə sahibkarlar özləri məlumat verib. Məlumata görə, "Azərsu" ASC onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir”.  

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyərək onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: ""Azərsu" ASC-ə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, "Azərsu” ASC-nin kanalizasiya lyüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələlik  fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu" ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb”.

Anar Cəbrayıllı bildirib ki, bu, sahibkarların narazılığına səbəb olsa da, "Azərsu” ASC qanuna müvafiq addım atıb: "Həmin kommersiya obyektləri dövlətin strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi.  Qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında inşa edilən obyektlərin sökülməsi üçün iddia qaldırılıb”.

O ki, qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, "Azərsu” rəsmisi bunu belə şərh edib: "Biz məhkəmə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq.  Strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq”.

OXŞAR XƏBƏRLƏR

Növbəti köç karvanı Kəngərli kəndinə çatdı

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.   Sfera.az xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni...

Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILDI

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.  ...

15 yaşlı qardaşının meyitini avtomobil təmiri sexində tapdı

Gəncədə 15 yaşlı yeniyetmə oğlan intihar edib.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış mass...

Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yer alı...

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

Qloballaşma sürətləndikcə dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar üçün milli kimliyin qorunması çətinləşir və prioritet məsələyə çevrilir.   S...

Heç kim bilmirdi, amma zəhər imiş: Ən pis pendirlərin adı AÇIQLANDI

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Roskaçestvo qurumu bazarda populyar olan pendir növləri ilə bağlı genişmiqyaslı tədqiqatın nəticələrini dərc edib....