Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var

Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

 

Sfera.az unikal.az-a istinadən xəbər verir ki, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.

 

Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.

 

Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.


OXŞAR XƏBƏRLƏR