Qubada qoza görə dava edən kişi və qadın cərimələndi


Qubada qoza görə dava edən kişi və qadın cərimələndi

Quba rayonunun Gədikqışlaq kəndində qoz bağlarında fəhlələr arasında dava ilə bağlı məhkəmə qərar verib.

 

Sfera.az xəbər verir ki, fəhlələr arasında bağdan icazəsiz qoz aparmaq istəmələri səbəbindən mübahisə yaranıb. Mübahisə davaya çevirilib. Bu zaman iki nəfər xəsarət alıb.

 

Belə ki, 1998-ci ildə Gədikqışlaq kəndində anadan olmuş Fərid həmin bağda fəhlə işləyib. Onun atası Fazil isə bağın nəzarətçisi olub.

 

Bağda fəhlə işləyən qızlar atasından icazə almadan qoz aparmaq istəyəndə Fərid etirazını bildirib. Bu zaman aralarında mübahisə baş verib, daha sonra davaya çevrilib.

 

Dava zamanı Nərgiz adlı qadın Fəridin üstünə gedərək, baş nahiyəsinə bir neçə dəfə vurub. Sonra digər qadınlar onları ayırıblar. Dava zamanı xəsarət alan Nərgiz və Fərid bir-birindən polisə şikayət ediblər.

 

Məhkəmə hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, 300 manat cərimə edib. (qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...