Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü
Hadisə
10:40 / 29.09.2024
4851
Bakının Yasamal rayonunda bədbəxt hadisə olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.
O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin dəqiq səbəbi araşdırılır.