Ağstafada hamilə qadını ilan SANCDI

Ağstafada hamilə qadını ilan SANCDI

Ağstafada 7 aylıq hamilə qadını ilan sancıb.

 

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.

 

Avqustun biri ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, 7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

 

Xxəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb.

 

Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR