MM Aparatının sabiq rəhbəri II Fəxri xiyabanda DƏFN OLUNDU

MM Aparatının sabiq rəhbəri II Fəxri xiyabanda DƏFN OLUNDU

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.

 

Sfera.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

***

 

14:02

 

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunacaq.

 

Bu barədə Sfera.az-a mərhumun yaxınları məlumat verib.

 

Xatırladaq ki, S.Mirzəyev uzun sürən xəstəlikdən sonra 72 yaşında ötən gün dünyasını dəyişib.

 

Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

 

1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

 

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. (report)


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....

Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ...

Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində ...

Külək əsəcək - Sarı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində iyunun 14-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Sfera.az xəbər verir ki, bu barə...

Abşeronda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Heydər Əliye...