Əhməd Əhmədovun həbs müddəti UZADILDI

Əhməd Əhmədovun həbs müddəti UZADILDI

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb.

 

Sfera.az xəbər verir ki, onun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Xətai Rayon Məhkəməsində verilib.

 

Qərarla bu müddət 20 gün uzadılıb.

 

Qeyd edək ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4-aylıq həbs qətimkan tədbiri seçilmişdi.

 

Fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. (report)


OXŞAR XƏBƏRLƏR

Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək- Əliyevlə Ərdoğan da qatılacaq

Gələn ay Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən 250 mininci mənzilin açarları vətəndaşlara təqdim ediləcək.   Sfera.az xə...

Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək

“Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək”.   Sfera.az xəbər verir ki, bunu...

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb...

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.   ...

“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal + VİDEO

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. &nbs...

“Qarabağ” son turda da qələbə qazandı

Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları keçirilir.   Sfera.az xəbər verir ki, günün il oyununda çempion “Qarabağ” səfərdə &ldqu...