Qəbiristanlıqda narkotik əkib-becərən tutuldu
18:24 / 08.06.2024
3206
Qaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Qela Vasilyeviçin Saknelaşvili saxlanılıb.
Sfera.az lent.az-a istinadən bildirir ki, onun rayonun Qaxingiloy kəndində yerləşən qəbiristanlıqda aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.