DİN-dən bu şəxslə bağlı əhaliyə MÜHÜM ÇAĞIRIŞ - FOTO

DİN-dən bu şəxslə bağlı əhaliyə MÜHÜM ÇAĞIRIŞ - FOTO

“Beh” adı ilə dələduzluqla məşğul olan şəxs saxlanılıb.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitləri oğurlanıb.

 

“Nəticədə, “beh” almaq adı altında dələduzluq edən və buna görə saxlanılan Elman Həsənovun digər analoji əməllərinin də üstü açılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda daha 4 nəfər şəxsin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyən olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir”, - qurumdan bildirilib.

 

DİN həmçinin, vətəndaşlara da müraciət edib: “E.Həsənovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR