Azərbaycanda zəlzələ oldu

Hadisə
08:48 / 17.11.2023
3125
İsmayıllı rayonunda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Sfera.az-a verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub.
Zəlzələ 3 bal gücündə hiss olunub.