Oyundan sonra azarkeşi bıçaqlayan şəxs həbs edildi

Oyundan sonra azarkeşi bıçaqlayan şəxs həbs edildi

Bu ilin 31 yanvar tarixində Futbol üzrə Azərbaycan Premyer-liqasının 20-ci turu çərçivəsində baş tutan “Səbail” - “Kəpəz” oyunundan sonra bıçaqlanma hadisəsi törətmiş şəxsin məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, “Kəpəz” komandasının azarkeşini bıçaqlayan 2003-cü il təvəllüdlü Ömər Musayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib. İstintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş gəncə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Səbail Rayon Məhkəməsinin hökmü dərhal icra edilib və Ömər Musayev məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Ömər Musayev Gəncədən “Kəpəz” klubuna azarkeşlik etmək üçün gələn 1997-ci il təvəllüdlü Rahib Ələsgərovu oyunun başa çatmasından sonra bıçaqlayıb. Belə ki, matçın yekunlaşmasından sonra stadionda rəqib komandaya azarkeşlik edən gənclər arasında münaqişə yaranıb və onlar küçəyə çıxıblar. Bu zaman davaya müdaxilə edən Ömər üzərindəki bıçaqla Mehman adlı şəxsi bıçaqlamaq istəyib. Lakin Rahib qaçaraq təpiklə Ömərin əlindəki bıçağı vurub salmaq istəyib. Nəticədə bıçaq Rahibin qarın-qasıq nahiyəsinə daxil olub.


OXŞAR XƏBƏRLƏR

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. &nbs...

"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb" - Elşad Hacıyev

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".   Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mət...

Zəlzələ nəticəsində dağıntı olub? - RƏSMİ AÇIQLAMA

“Bu gün FHN-ə dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb”.    Sfera.az xəbər verir ki, bunu FHN-nin Tikintiyə Nəzarət Dövlət A...

“Apple Pay” “TuranBank”da - İlk ödənişdə 5 AZN keşbek!

“TuranBank” Visa kart sahibləri artıq “Apple Pay” vasitəsilə ödənişləri tam təhlükəsiz şəkildə edə bilərlər. Belə ki, bu gündən Apple Pa...

"Zəlzələ olduğunu mən heç bilmirdim, rayondan zəng edib dedilər" - Seysmoloji Xidmətin baş direktoru

"Hətta mən yatmışdım, zəlzələni hiss etmədim".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş di...