Şamaxıda 2 qadına HÜCUM EDİLDİ: Saxlanılan var

Hadisə
23:54 / 12.09.2023
10287
Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.
Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.