Vəzifəli şəxsin sirkə turşusu içən sürücüsü ÖLDÜ

Hadisə
13:11 / 10.09.2023
4062
1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayev vəfat edib.
Sfera.az-ın məlumatına görə, E.Abdullayev bu gün səhər saatlarında Bakı şəhərindəki müalicə aldığı xətəxanada dünyasını dəyişib.
Qeyd edək ki, avqustun 13-də E.Abdullayevin intihara cəhd etməsi barədə məlumat yayılıb. Lakin onun qohumları saytımıza açıqlamasında məlumatı təkzib edib. Sonradan əldə etdiyimiz məlumata görə, həkim rəyində E.Abdullayevin sirkə turşusu içərək zəhərləndiyi qeyd olunub.