Hadisə yeni sevgilisi ilə ilk dəfə əl-ələ FOTOsunu paylaşdı
11:20 / 09.10.2021
597
Türkiyəli müğənni Hadisə ilk dəfə sevgilisi ilə birlikdə olan fotosunu paylaşıb.
Sfera.az bildirir ki, 35 yaşlı ifaçı iş adamı Mehmet Dinçerlerlə əl-ələ şəklini sosial media hesabından sevənləri ilə bölüşüb. Lakin Hadisənin foto paylaşmasına baxmayaraq, hələ də sevgilisini "İnstagram”da izləməməsi diqqət çəkib.
Xatırladaq ki, cütlük haqqında ötən həftə bir sıra iddialar irəli sürülmüşdü. Hadisənin "istənilməyən gəlin” olduğu bildirilsə də, ifaçı Dinçerlerin bacısı Tuğbanın nişanına gül göndərməklə səsləndirilən fikirlərə cavab vermişdi.
Türkan
Sfera.az