Maqazİn

Hadisə “erməni bayrağı” ilə bağlı ittihamlara cavab verdi

Hadisə “erməni bayrağı” ilə bağlı ittihamlara cavab verdi

 

Türkiyəli müğənni Hadisə bir müddət Azərbaycan mətbuatında onun "O səs çocuklar” şousunun növbəti buraxılışında üzərində erməni bayrağı olan geyimlə efirə çıxması barədə gedən yazılara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Hadisə Facebook-dakı rəsmi səhifəsində yerləşdirdiyi açıqlamada onu tənqid edənləri cahillikdə ittiham edib.

"Haqqımda yazılan çox ittihamlara qulaq asmıram. Lakin qoy türklüyümə, mədəniyyətimə, mənliyimə qarşı əsassız ittihamlar sürənlər eşitsinlər bu sözləri. Cahillə cahil olmaqdansa susmaq lazımdır. Başqa işiniz yoxdurmu?

Geydiyim geyimi ucu-bucağı olmayan, insanlıqdan kənar, xəstə təxəyyülünüzlə şərh edə bilməzsiniz!! Sosial media kimisə qaralamaq üçün meydan deyil. Hər kəsə sülh və firavanlıq dolu bir həyat və dünya arzulayıram. Sevgilərlə, Hadisə”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930