Hadi Rəcəblidən çoxuşaqlı ailələrlə bağlı təklif - Beş deyil, dörd olsun

Hadi Rəcəblidən çoxuşaqlı ailələrlə bağlı təklif - Beş deyil, dörd olsun
 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.

Sfera.az xəbər verir ki, H.Rəcəbli Oxu.az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi "Turizm haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq.

"Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır", - deyə H.Rəcəbli əlavə edib.

Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:

"Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.

H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:

"Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm".

Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:

"Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın".

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevdən Xoşbəxt Yusifzadə ilə bağlı SƏRƏNCAM

  Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.   Sf...

İsa Qəmbərin namizəd olacağı dairə açıqlandı

  Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin deputatlığa namizəd olacağı dairə açıqlanıb. Sfera.az xəbər verir ki, partiya İsa Qəmbərin namizədliyin...

Prezident Dövlət Komissiyasının tərkibini dəyişdirdi - SƏRƏNCAM

  Prezident İlham Əliyev "Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublik...

Prezident İsrafil Məmmədovur qəbul edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru...

Əli Əsədov sürüşmə zonasında olub, tapşırıqlar verib

  Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər. Sfera.az xəbər verir...

İşsizlərə ŞAD XƏBƏR - DİQQƏT !!!

  "Məşğulluq məsələsi, xüsusilə də gənclərin məşğulluğu dünyada əmək sferasının inkişafı üçün ən vacib məsələlərdən biridir". Əmək və Əhalinin Sosial Müd...