Hadı Rəcəbli rəqibi olan namizədləri təhqir edib - AÇIQLAMA

Hadı Rəcəbli rəqibi olan namizədləri təhqir edib - AÇIQLAMA

74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Əliyev Sfera.az-a müsahibəsində bildirib ki, onunla eyni dairədən namizəd olan Hadi Rəcəbli onu və digər namizədləri təhdid edərək namizədliklərini geri götürmələrini istəyib, rədd cavabı aldıqdan sonra isə onlara qarşı təxribata başlayıb:


"Mən bizim dairə üzrə qeydiyyatdan keçən 4-cü namizədəm. Məndən sonra eyni dairədən namizədliyi qeydə alınan Hadi Rəcəbli seçkiqabağı təbliğat-təşviqat kampaniyasının ilk günlərində biz namizədləri yanına çağırtdırıb namizədliyimizi geri götürməyi təklif edib. Onun təklifini qəbul etmədikdə isə bizi ağır sözlərlə təhqir edərək deyib ki, qutu-filan boş şeydi, MSK sədri Məzahir Pənahov yaxın dostumdur, ona deyərəm, sizin adınıza olan büllütenləri qutudan çıxarar. Prezident də məni dəstəkləyir”.


Aqşin Əliyev bundan sonra rayon icra hakimiyyətinin başçısının müavininin namizədləri yanına çağıraraq onları partiyadan xaric edəcəyi ilə hədələyib: "O bizi xəyanətkar, erməni adlandırıb. Məktəb direktorlarına, kitabxana müdirlərinə tapşırıq verilib ki, kənd sakinlərinin şəxsiyyət vəsiqələrini yığıb onları bizə qarşı əks təbliğata səsləsinlər. Onu da deyim ki, bizə təbliğat-təşviqat kampaniyası aparmaq üçün vəsait ayrılmayıb, bu bir yana, kəndlərə səfər etməyimiz də qadağan olunub. Posterlərimizi yalnız lövhəyə yapışdıra bilirik, halbuki, məcəllədə qeyd olunub ki, razılığa gəldiyimiz təqdirdə istənilən obyektin fasadına posterlərimizi yapışdıra bilərik. Avtobazalara da tapşırılıb ki, avtobus sürücüləri Hadi Rəcəblidən savayı heç bir namizədin seçicilərini hökumət tərəfindən təyin olunmuş məkanlara aparmasınlar. Bundan əlavə, bizə qarşı antiazərbaycan təbliğatı aparılır. Misalçün, bu gün rayon icra başçısının müavini Rasilə Əliyeva xəstəxanalardan birində bizi erməni adlandırıb. Bu dövlət qanunlarının kobud şəkildə pozulmasıdır. Biz prezidentin səsinə səs verib namizədliyimizi irəli sürmüşük. Bununla yanaşı, bizə yaxın olan insanlara hədə-qorxu gəliblər. Kimə yaxınlaşırıq, bizdən uzaqlaşmağa çalışır, deyirlər ki, onsuz da Hadi Rəcəbli deputat olacaq. Onu da deyim ki, söylədiklərimi məndə olan səs yazıları ilə sübuta yetirə bilərəm, şahidlərim də var ".

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...