Hacıqabulda yük avtomobili “Qazel”ə çırpılıb, xəsarət alanlar var

Hacıqabulda yük avtomobili “Qazel”ə çırpılıb, xəsarət alanlar var
Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağsu sakini, 50 yaşlı sürücü Həsənov Əmrah Polad oğlu "Qazel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən arxadan gələn iritutumlu yük maşını (TIR) onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Qazel” yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 65 yaşlı Şamaxı sakini Rəfiyev Vəkalət Ənvər oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR